cemiyyet.info
cemiyyet.info

Rayondan gələn tələbələrə BƏD XƏBƏR - Kirayə mənzil bazarında BAHALAŞMA

6-08-2019, 15:25 21 dəfə baxılıb

Rayondan gələn tələbələrə BƏD XƏBƏR - Kirayə mənzil bazarında BAHALAŞMA

Avqust ayının sonları tələbələrin kirayə mənzil axtarmaq mövsümüdür desək yanılmarıq. Ötən il qaldığı mənzili dəyişmək istəyənlər və ya bu il tələbə adını alıb paytaxta oxumağa gələnlər kirayə mənzil bazarından çox güman məmnun qayıtmayacaqlar. Buna səbəb kirayə mənzillərin qiymətinin yüksəlməsidir.

BAKU.WS bizimyol.info-ya istinadən xəbər verir ki, kiçik bir araşdırma ilə bu il kirayə mənzillərin qiymətinin ötən ilə nisbətən 4 faiz artdığını öyrənib. Ucuz mənzillərdə qiymət artımı ötən ilə nisbətən 7,6 faiz təşkil edib.

Əmlak bazarı üzrə mütəxəssis Nüsrət İbrahimli bildirib ki, adətən avqust ayının sonu, sentyabr ayının ortalarına qədər kirayə mənzil bazarında bahalaşma olur.

Oktyabr ayında qiymətlər əvvəlki məcrasına qayıdır. Lakin metro yaxınlığında və ya universitettlərin yaxınlığında yerləşən evlərdə azalma müşahidə olmur. Tələbələr üçün nisbətən ucuz mənzillər şəhərdən kənarda olsa da burda yolpulu və zaman itkisi yenidən tələbəni oxuduğu təhsil müəssisəsinin yaxınlığında ev tutmağa məcbur edir.

Kirayə mənzil bazarında dəllalıq edən Namiz Talıbov deyir ki, bu il tələbələr üçün nəzərdə tutulan bir otaqlı , dolu evlərin qiyməti 300 manatdır. Yerləşdiyi yerdən asılı olaraq evlərin qiymətlərində fərqlər var. Nizami, Xalqlar, Neftçilər, Qara Qarayev metro stansiyaları yaxınlığında evlər 2 otaqlı evlərin qiyməti 350-400 manat, Nərimanov metrosu yaxınlığında 450-500 manatdı. Kirayəçilərin çoxu isə evlərini tələbə qızlara vermək istəyirlər. Səbəb qızların daha sakit və evi daha təiz saxlamalalrıdır.

Ali məktəblərdən yalnız bir neçəsinin tələbə yataqxanaları fəaliyyət göstərir Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 320 nəfərlik yataqxana var. Yataqxanada əsasən, əcnəbi tələbələr qalır və onlar buna görə ödəniş edirlər. Azərbaycan Texniki Universiteti 5 korpuslu yataqxanasından yalnız birini tələbələrin ixtiyarına verib (digər yataqxanalarda məcburi köçkünlər məskunlaşıb). 80 yerlikdir. Azərbaycan Tibb Universitetinin 6 yataqxanası var. Onlardan birində məcburi köçkünlər məskunlaşıb. Digərlərinin isə ümumi tələbə tutumu 1256 nəfərdir. ATU-nun yataqxanası ödənişlidir.

Hazırda ödəniş haqqı aylıq 50 manatdır. Azərbaycan Dillər Univeristetində 200 tələbənin qalması üçün iki yataqxana var. Aylıq ödəniş 20 manatdır. Azərbaycan Dövlət Pedaqoji Universitetinin 5 yataqxanasından dördündə məcburi köçkünlər məskunlaşıb. 200- yerlik tələbə yataqxanası var. Bakı Slavyan Universitetinin 3 saylı qızlar yataqxanası tələbələrin ixtiyarındadır. Yataqxananın 2-4-cü mərtəbələri tamamilə tələbələrə məxsusdur. Birinci mərtəbədə məcburi köçkünlər məskunlaşıb. Bakı Ali Neft Məktəbinin 400 çarpayılıq Tələbə evi var.

Xəzər Universiteti, Lomonosov adına universitetin Bakı filialı da yataqxana ilə təmin edir. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Sumqayıt Dövlət Universiteti (SDU), Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin yataqxanalarında məcburi köçkünlər məskunlaşıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA