cemiyyet.info
cemiyyet.info

Hərbi hissəyə bir milyon 400 min nəfərlik basqın: Pentaqon şokda...

18-07-2019, 13:15 35 dəfə baxılıb

Hərbi hissəyə bir milyon 400 min nəfərlik basqın: Pentaqon şokda...

ABŞ-da 1,4 milyon nəfərlik mülki şəxsin bu ölkəyə məxsus hərbi hissələrdən birinə basqına hazırlaşması Pentaqonu qorxuya salıb.

Moderator.az dünya mediasına istinadən xəbər verir ki, facebook sosial şəbəkəsində 1,4 milyon nəfər amerikalı 20 sentyabr tarixində Nevada ştatında yerləşən və yadplanetli cəsədlərinin saxlanıldığı iddia edən “Area 51” hərbi hissəsinə hücum edəcəklərini bildirib. Daha 1,1 milyon insan isə bu məsələdə tərəddüd etdiyini, fəqət yadplanetliləri görmək üçün istənilən an bu hücuma qatıla biləcəklərini bildirib.



Bu rəqəmlər qarşısında şoka düşən Pentaqon hərbi hissəni yüz minlərlə insanın hücumdan qorumaq üçün hərəkətə keçib. Əhaliyə bununla bağlı xəbərdarlıq edən Hərbi Hava Qüvvələrinin komandanlığı onları hərbi hissədən uzaq durmağa çağırıb. Xəbərdarlıqda bildirilib ki, hərbi hissəyə daxil olmağa çalışan hər kəsə qarşı güc tətbiq ediləcək.

Mümkün xəbərdarlıqla yanaşı Pentaqonun hərbi hissəsinin qorunması üçün əlavə tədbirlər görəcəyi ehtimal edilir. Bununla belə 20 sentyabr tarixində “Area 51” hərbi hissəsi ətrafında hərbçilərlə mülki insanların toqquşma ehtimalı yüksək olaraq qalmaqdadır. Əgər sözügedən basqın reallaşarsa, bu, hərb tarixində hərbi hissəyə edilən ən böyük hücum kimi yadda qalacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA