cemiyyet.info
cemiyyet.info

ABŞ viza sistemini dəyişdirdi: bundan sonra...

6-08-2019, 15:52 17 dəfə baxılıb

ABŞ viza sistemini dəyişdirdi: bundan sonra...

ABŞ viza sistemində yenilik edib.

Publika.az xəbər verir ki, sərbəst viza proqramından faydalanan 38 ölkənin vətəndaşları Şimali Koreya ilə yanaşı, İran, İraq, Sudan, Suriya, Liviya, Somali və Yəmənə səyahət etmiş olmaları təqdirində, ABŞ-a giriş zamanı əlavə viza almaq məcburiyyətində olacaqlar.

ABŞ Gömrük və Sərhəd Qoruma Birliyinin (CBP) internet saytında dərc olunan açıqlamada qeyd edilib ki, sözügedən ölkələrə 1 mart 2011-ci il və ondan sonrakı dövrlərdə səyahət ediblərsə, ABŞ-a girişləri məhdudlaşdırılacaq.

Proqram çərçivəsində 38 ölkənin vətəndaşlarına ABŞ-a 90 günlük vizasız giriş haqqı tanınırdı.

Sözügedən 38 ölkə bunlardır:

Andorra, Avstraliya, Avstriya, Belçika, Bruney, Çili, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İtaliya, Yaponiya, Litva, Lxtenşteyn, Latviya, Lüksemburq, Malta, Monako, Hollandiya, Yeni Zelandiya, Norveç, Portuqaliya, San Marino, Sinqapur, Slovakiya, Sloveniya, Cənubi Koreya, İspaniya, İsveç, İsveçrə, Tayvan, İngiltərə.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA