cemiyyet.info
cemiyyet.info

Atambayevin iqamətgahına üçüncü hücum başladı

8-08-2019, 16:14 20 dəfə baxılıb

Atambayevin iqamətgahına üçüncü hücum başladı


Az əvvəl Qırğızıstanın hüquq-mühafizə orqanları keçmiş prezident Almazbek Atambayevin Koy-Taş kəndindəki iqamətgahına üçüncü dəfə hücuma keçiblər.

Bu barədə TASS siyasətçinin qərargahına istinadən bildirir.

“Atəş səsləri eşidilir, səs və işıq qumbaraları atılır”,-qərargahdan deyiblər.

Atambayevin tərəfdarlarının bildirdiyinə görə, əməliyyatda 200-dən çox milis əməkdaşı iştirak edir. Habelə kəndə tərəf beş avobus, üç “KamAZ” və iki mikroavtobusla dolu milis irəliləyir. Atambayev hələ də öz iqamətgahındadır, onu bir qrup tərəfdarı qoruyur.

Baş verənlər fonunda Atambayev tərəfdarlarının Bişkekdə nəzərdə tutulan mitinqini ləğv edib, hamını Koy-Taşa çağırıb.

Digər məlumata görə Milli Təhlükəsizlik Dövlət Komitəsinin sədri Orozbek Opumbayev sabiq prezident Almazbek Atambayevi saxlayıb istintaqa təhvil vermək üçün ötən gün keçirilən əməliyyatın nəticəsiz qalması ilə əlaqədar istefa vermək niyyətini açıqlayıb.

Parlamentin növbədənkənar sessiyasındakı nitqi zamanı komitə rəhbəri baş verənlərdə onun da nöqsanı olduğunu düşündüyünü, artıq bu barədə Prezident Sorunbay Jeenbekovla söhbət etdiyini deyib.

Lakin parlament qarşısında çıxış edən dövlət başçısı bu istefanı qəbul etmədiyini açıqlayıb. Ölkə prezidenti qərarını belə əsaslandırıb: “Belə bir çətin məqamda çıxıb getmək ən asan yoldur. Vəziyyət sabitləşəndən sonra güc qurumlarının baş verənlərdə məsuliyyəti məsələsinə qayıdarıq”.

Son məlumata görə Atambayevin tərəfdarları dünən girov götürülmüş xüsusi təyinatlıları azad ediblər.(Virtualaz.org)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA