cemiyyet.info
cemiyyet.info

Həcc ziyarətinə gedən ikinci qrup Səudiyyə Ərəbistanına yola düşüb

2-08-2019, 15:53 20 dəfə baxılıb

Həcc ziyarətinə gedən ikinci qrup Səudiyyə Ərəbistanına yola düşüb

Müdafiə Nazirliyinin dəstəyi ilə "Dinc Dünya" Araşdırma Mərkəzinin həyata keçirdiyi "Konflikt jurnalistikası məktəbi"nin ikinci mərhələsi çərçivəsində meşə-çöl təlimləri keçirildi.

BAKU.WS-in məlumatına görə, təlimlərdən öncə hərbi sahədən yazan jurnalistlərlə görüşən general-mayor Hikmət Həsənov KİV nümayəndələri ilə hərbi hissələrdə belə təlimlərin keçirilməsinin sevindirici hal olduğunu qeyd etdi.

Jurnalistləri maraqlandıran sualları cavablandıran general-mayor Hikmət Həsənov vurğuladı ki, artıq beşinci ildir uğurla davam edən bu təlimlər, qarşılıqlı inamın, səmimiyyətin təzahürüdür.


"Hərbi sahədən yazan jurnalistlər cəmiyyətlə ordu arasında körpü rolunu oynayır.

Ordumuzda həyata keçirilən yenidənqurma işlərinin, yaradılan yüksək məişət şəraitinin, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının səviyyəsinin ictimaiyyətə dolğun və dəqiq çatdırılmasında sizlərin üzərinə böyük məsuliyyət düşür.


Siz, həm ordudakı reallıqları dolğun şəkildə cəmiyyətə çatdırmalı, həm də informasiya müharibəsində mübarizə apararaq ordumuzun nüfuzunu salmağa yönəlmiş, yanlış faktların yayılmasının qarşısını almalısınız.

Ordumuzun istər döyüş hazırlığı, istərsə də təminatı göz qabağındadır. Biz torpaqlarımızı müharibə yolu ilə azad etməyə hər an hazır və qadirik.


Bunu istər Aprel döyüşlərində, istərsə də Günnüt zəfərində bir daha sübut etdik. Əminliklə deyə bilərəm ki, işğaldan azad edəcəyimiz torpaqlarımızda qələbə reportajları yazacağınız günlər yaxındadır.

İnanırıq ki, qazandığınız bilik və bacarıqlardan gələcək fəaliyyətinizdə yararlanaraq ordumuzun nailiyyətlərini bütün dünyaya çatdıracaqsınız".

Sonra təlimalanlar təlimin növbəti mərhələsi üçün təyin olunmuş ərazidə məskən saldılar.

Təlimin planına əsasən, üç gün dağlıq və meşəlik ərazidə yaşayan jurnalistlərlə belə ərazilərdə fəaliyyətlə məşğul olarkən qarşılarına çıxan maneələri dəf etmək üçün təcrübəli zabitlər tərəfindən döyüş şəraitinə tam uyğunlaşdırılmış, relyefin tələblərinə cavab verən təlim məşqləri keçirildi.

Təlimlər zamanı iştirakçılar sıldırım qayalıqlardan endilər, su maneəsindən keçdilər. Həmçinin yüksəkliyə qalxarkən iştirakçılar insan orqanizmində oksigen çatışmazlığı və digər problemlərlə üzləşməmək üçün qabaqlayıcı tədbirlərin həyata keçirilməsi haqqında məlumatlandırıldılar.

Jurnalistlər qəfil düşmən basqınlarına uğrayan zaman güllədən qorunmaq üçün düzgün yerlərin seçilməsi üsulları, çəkilişlərin aparılması qaydalarını praktiki olaraq icra etdilər.


Jurnalistlərə strateji ərazilər, yüksəkliklər ələ keçirilərkən, hadisə yerindən operativ şəkildə redaksiyaya xəbər ötürərkən döyüşçülərlə birgə hərəkət etmə, düşmən qüvvələrinin arxasında uzun müddət çöl şəraitində qalma vərdişləri də aşılandı.

Təlimalanlara şəraitə uyğun olaraq sutəmizləyici süzgəclərin, günəş kondensatorlarının, küləkdən qorunmaq üçün vasitələrin, müxtəlif növ tonqalların hazırlanması, od əldə olunması üsulları, bataqlıq ərazilərdə dincəlmək üçün daldalanacaqların düzəldilməsi və istifadəsi qaydaları,

eləcə də snayper atəşindən və qumbara partlayışından mühafizə olunmağın yolları öyrədildi.

Həmçinin yaralara ilkin tibbi yardımın göstərilməsi, yaralının döyüş meydanından çıxarılması, qanaxmalar, çıxıq və sınıqlar zamanı sarğıların qoyulması qaydaları praktiki olaraq göstərildi.

Bununla yanaşı, səma cisimlərinə, saata, kompasa, ağac kötüklərindəki dairələrə, ağacın üzərindəki mamırlara əsasən cəhətlərin müəyyən edilməsi öyrədildi.

Nəzərdə tutulmuş təlimlər başa çatdıqdan sonra, fiziki hazırlıqdan normativləri də yerinə yetirən layihə iştirakçıları plana uyğun olaraq "N" hərbi hissəsinin atış poliqonuna gəldilər.

Burada onlar bölmənin döyüş atışlı təlimini izləyərək, döyüş vəziyyətində davranma qaydalarını praktiki olaraq icra etdilər.

İmitasiya olunan döyüş zamanı özlərinə təhlükəsiz mövqe tutaraq təlimçilər tərəfindən tapşırılan materialın hazırlanması üçün çəkiliş apardılar.

Plana əsasən hər günün sonunda keçirilən yekun iclasda sonrakı günlər ərzində təlimalanların öyrəndikləri müzakirə olundu. Hazırladıqları materiallar, xəbərlər, reportajlar dinlənildi və qiymətləndirildi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA