cemiyyet.info
cemiyyet.info

Paytaxt polisi gücləndirilmiş iş rejiminə keçir

9-09-2019, 10:30 9 dəfə baxılıb

Paytaxt polisi gücləndirilmiş iş rejiminə keçir

Aşura mərasimləri ilə əlaqədar ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini ilə əlaqədar paytaxt polisi gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə Axar.az-a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verib.

Qeyd edilib ki, Bakının bütün məscid və ziyarətgahların ətrafında ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazilərə əlavə polis naryadları cəlb olunacaq:

"Dini ayinlərin keçiriləcəyi yerlərdə ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı təminatı həyata keçilməklə, müəyyən edilən ünvanlardan kənarda mərasimlərin, küçə yürüşlərinin keçirilməsinə imkan verilməyəcəkdir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA