cemiyyet.info
cemiyyet.info

Başçı təyin edilən polkovnik kimdir? - Video

1-10-2019, 17:15 24 dəfə baxılıb

Başçı təyin edilən polkovnik kimdir? - Video

Ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuş Vahid Heydər oğlu Tağıyevlə bağlı bəzi avtobiqorafik məlumatlar bəlli olub.

Axar.az-a daxil olan məlumata görə, Ağsunun yeni icra başçısı V.Tağıyev əslən Göyçay rayonundandır.

O, icra başçısı təyin olunmazdan əvvəl təhlükəsizlik orqanlarında çalışıb. Onun Dövlət Təhlükəsizlik Xidmətinin Astara və Zaqatala şöbələrində rəis müavini vəzifəsini daşıdığı bildirilir. V.Tağıyev son olaraq DTX-nın Xaçmaz rayon şöbəsinin rəisi vəzifəsində çalışıb.

V.Tağıyev xidmətdə fərqlənməyə görə medalla da təltif edilib. Belə ki, Prezidentin 2006-cı il 27 mart tarixli sərəncamı ilə polkovnik Vahid Heydər oğlu Tağıyev “Hərbi xidmətlərə görə” medalı ilə mükafatlandırılıb.

[video=https://www.youtube.com/watch?v=V9y3rsipN_M]






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA