cemiyyet.info
cemiyyet.info

Məleykə Abbaszadə: "Abituriyent ixtisas seçimini özü etməlidir, kiməsə həvalə etməməlidir"

30-07-2018, 17:41 124 dəfə baxılıb

Çox təəssüflər olsun ki, ali məktəbə ixtisas seçimi zamanı abituriyentlər və onların valideynləri kimlərəsə müraciət edirlər.

cemiyyet.info Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib.

 

M.Abbaszadə bildirib ki, DİM öz işini tam şəffaf şəkildə aparır, sualların cavablarını ictimai ekspertizaya verir: "Lakin təəssüflər olsun ki, abituriyentlər və valideynlər DİM-in materiallarından istifadə etmir, öz uşaqlarının taleyini kiməsə həvalə edir və nəticədə abituriyent istəmədiyi ixtisasa, istəmədiyi yerə qəbul olunur. İxtisas seçimini ancaq özü etməlidir, kiməsə həvalə etməməlidir. Burada tələsmək lazım deyil. Abituriyent öz topladığı balı, seçdiyi ixtisas üzrə keçid balını müqayisə edib düzgün seçim etməlidir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA