cemiyyet.info
cemiyyet.info

Şəmkirdə dəhşət: qardaş qardaşı güllələdi

4-07-2019, 12:46 44 dəfə baxılıb

Şəmkirdə dəhşət: qardaş qardaşı güllələdi

Şəmkir rayonunda qardaş qardaşı güllələyib.

DİN-dən Axar.az-a verilən məlumata görə, “102–Zəng Mərkəzi” Xidmətinə iyulun 3-də Şəmkir rayonunun Qarabağlılar kəndi ərazisində bir nəfərin odlu silahla açılmış atəşdən xəsarət alması barədə müraciət daxil olub.

Müraciətlə əlaqədar dərhal Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəliblər. Araşdırmalarla kəndin əkin sahəsində E.Məmmədovun münaqişə zəminində tüfəngdən atəş açaraq qardaşı R.Məmmədovun qol nahiyəsinə xəsarət yetirməsi müəyyən edilib.

E.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb, ondan müvafiq sənədləri olmayan TOZ-16 markalı ov tüfəngi götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA