cemiyyet.info
cemiyyet.info

Bakıya gələn qatarda ölüm

9-08-2019, 12:40 16 dəfə baxılıb

Bakıya gələn qatarda ölüm

Bu gün saat 00.18-də Böyük Kəsik-Bakı sərnişin qatarı Dəliməmmədli stansiyasında ləngiyib.

Azərbaycan Dəmir Yolları QSC-dən Axar.az-a verilən məlumata görə, vaqondakı sərnişinlərdən biri -1978-ci il təvəllüdlü Elşən Tanrıverdi oğlu Hüseynovun vəziyyəti pisləşib. Bu səbəbdən qatarın hərəkəti dayandırılıb və bələdçilər tərəfindən hadisə yerinə Təcili Tibbi Yardım briqadası çağırılıb.

Lakin buna baxmayaraq, Elşən Hüseynov dünyasını dəyişib. Yaxınlarının bildirdiyinə görə, mərhum uzunmüddətdir xəstəlikdən əziyyət çəkirmiş.

Mərhumun nəşi hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verildikdən sonra, qatar saat 02:02-də təyinatı üzrə yola salınıb. Onu da bildirək ki, hadisə nəticəsində Böyük-Kəsik-Bakı sərnişin qatarı 1 saat ləngimə ilə Bakı sərnişin stansiyasına çatıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA