cemiyyet.info
cemiyyet.info

Azərbaycanda 5 nəfərin öldüyü dəhşətli hadisə barədə YENİ FAKTLAR

9-09-2019, 10:15 8 dəfə baxılıb

Azərbaycanda 5 nəfərin öldüyü dəhşətli hadisə barədə YENİ FAKTLAR


Ötən gecə İmişli rayonunda baş verən dəhşətli yol qəzasında ölən 5 nəfərin şəxsiyyəti müəyyənləşib.

Publika.az xəbər verir ki, gecə saat 00:20-də İmişli-Cəfərli-Əliqulular avtomobil yolunun Əliqulular kəndindən keçən hissəsində kanala aşaraq batan “Opel Vectra” markalı 10 TN 845 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Bakı sakini, 1963-cü il təvəllüdlü Şamxalov İlqar Əliağa oğlu, onun qardaşı - 1969-cu il təvəllüdlü Məmmədov Etibar Əliağa oğlu, onun həyat yoldaşı 1967-ci il təvəllüdlü Məmmədova Mərziyyə Əmiraslan qızı, 1991-ci l Məmmədov Elnur Etibar oğlu və 1984-cü il təvəllüdlü Kərimova Afət Hüseyn qızı boğularaq ölüblər.

Bildirilir ki, hadisədə vəfat edən M.Məmmədova əslən həmin kənddəndir və ailə üzvləri ilə birlikdə İmişlidən kəndə qayıdarkən faciəvi hadisə baş verib.

Qəza gecə saatlarında baş verdiyindən ətrafda kömək etmək üçün kimsə olmayıb.

Faktla bağlı İmişli Polis Şöbəsində araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA