cemiyyet.info
cemiyyet.info

Novruzov Türkan Şorayla bir arada – Foto

3-09-2019, 14:17 14 dəfə baxılıb

 Novruzov Türkan Şorayla bir arada – Foto


Azərbaycanın görkəmli sənətkarı Nəsibə Zeynalovanın oğlu, xalq artisti Cahangir Novruzov tanınmış türkiyəli aktrisa Türkan Şorayla görüşüb.

Kult.az xəbər verir ki, xalq artisti görüşdə çəkilmiş fotoları şəxsi İnstaqram səhifəsində paylaşıb.

C.Novruzov paylaşıma “Qürub etməyən bir gözəlliyə sahib Türkan Şoray” qeydini yazıb.

Qeyd edək ki, C.Novruzov uzun illədir Türkiyədə yaşayır. O, hazırda Türkiyənin Adana şəhərində Çuxurova Universitetinin Dövlət Konservatoriyasının teatr bölməsində çalışır.

Bir qədər əvvəl o, yerli mətbuata verdiyi açıqlamada yaxın vaxtlarda Vətənə qayıdacağını və yeni teletamaşa ilə Azərbaycan tamaşaçısını sevindirəcəyini bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA