cemiyyet.info
cemiyyet.info

Gürcüstan müxalifəti yenidən əhalini küçələrə səslədi

21-06-2019, 10:40 52 dəfə baxılıb

Gürcüstan müxalifəti yenidən əhalini küçələrə səslədi

Gürcüstan müxalifəti yenidən Tiflisdəki parlament binası qarşısında aksiya keçirməyə hazırlaşır.

Axar.az xəbər verir ki, bunu Avropa Gürcüstanı Partiyasının liderlərindən biri Giqa Bokeriya deyib.

“Aksiya tam dinc xarakter daşıyacaq və saat 19:00-da start götürəcək. Baş verənlərdən sonra prosesi dayandırmaq mümkün deyil”, – deyə o bildirib.

Qeyd edək ki, dünəndən Gürcüstanda parlament qarşısında etirazlar başlayıb. Etirazçılar spikerin, DİN və təhlükəsizlik xidməti rəhbərlərinin istefasını tələb ediblər.

Dünən etirazçıların parlamentin binasını ələ keçirmək istəməsi polislə toqquşmanın yaşanmasına səbəb olub. Nəticədə onlarla adam xəsarət alıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA