cemiyyet.info
cemiyyet.info

Türkiyə prezidentinin Azərbaycana səfərinin vaxtı dəqiqləşdi

9-08-2019, 16:34 16 dəfə baxılıb

Türkiyə prezidentinin Azərbaycana səfərinin vaxtı dəqiqləşdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 3-də Azərbaycana səfər edəcək.

BAKU.WS xəbər verir ki, bu barədə özəl olaraq "trend"ə Türkiyə hökumətindəki mənbə bildirib.

Mənbənin sözlərinə görə, türkiyəli lider Türk Şurasının Bakıda keçiriləcək VII iclasında iştirak etmək üçün, eləcə də qurumun 10 illiyinə həsr olunmuş tədbirə qatılmaq üçün Azərbaycana səfər edəcək.

Qeyd edək ki, Türk Şurası 2009-cu il oktyabrın 3-də Naxçıvanda yaradılıb. Şuranın məqsədi üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir.

Türk Şurasına Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan daxildir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA