cemiyyet.info
cemiyyet.info

Yağan yağışlar paytaxtda hansı fəsadları törədib? – Açıqlama

3-09-2019, 15:10 11 dəfə baxılıb

Yağan yağışlar paytaxtda hansı fəsadları törədib? – Açıqlama

Bu gün saat 04:00 və 05:30 radələrindən etibarən intensiv xarakter alan yağışlar paytaxtda elə də ciddi fəsadlar törətməyib.

Bu sözləri Axar.az-a açıqlamasında Azərsu ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib. O bildirib ki, saat 04:00-dan etibarən “Azərsu”nun Su təchizatı, yağış suları və kanalizasiya sistemlərinin istismarı şöbəsinin və rayon Su Kanal İdarəsinin əməkdaşları qurumun nəzarətində olan ərazilərdə monitorinq aparıblar:

“Monitoriq zamanı elə də ciddi fəsadlar qeydə alınmayıb. Sədərək istiqamətində yolların və Sabunçuda körpüyə çıxan yolun subasması ilə bağlı müraciət daxil olsa da, sözügedən ərazilərdə infrastruktur yoxdur və buna “Azərsu” cavabdeh deyil”.

Facebook






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA