cemiyyet.info
cemiyyet.info

Sürət qatarı ilə bağlı SON XƏBƏR

4-09-2019, 10:45 13 dəfə baxılıb

Sürət qatarı ilə bağlı SON XƏBƏR

“Bakı Dairəvi Dəmir Yol xəttində ümumilikdə 14 dayanacaq olacaq”.

Cemiyyet.info: Bunu BAKU.WS-ə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova deyib.

O, əlavə edib ki, Buzovna, Bilgəh və Maştağa istiqamətində əvəllər dəmir yolu xətti olub və təəssüf ki, həmin xətlər sökülüb: “Bakı Dairəvi Dəmir Yol xəttində ümumilikdə 14 dayanacaq olacaq. Bunlar Bakı sərnişin, Keşlə, Koroğlu, Bakıxanov, Sabunçu, Zabrat 1, Zabrat 2, Məmmədli, Pirşağı, Görədil-Fatmayi, Novxanı, Sumqayıt sərnişin, Xırdalan, Biləcəri stansiyalarıdır.

Buzovna, Bilgəh və Maştağa istiqamətində əvəllər dəmir yolu xətti olub və təəssüf ki, həmin xətlər sökülüb. İndi yeni magistralın yaradılması kifayət qədər çətindir və maliyyə tələb edir. İlkin mərhələdə, dəmir yolu xətti mövcud olan hissələrdə əsaslı təmir işləri tamamlandıqdan sonra sürət qatarları istifadəyə veriləcək. Növbəti mərhələdə tələbata, məskunlaşmanın sıxlığına əsasən, yeni yolların çəkilməsi müzakirə oluna bilər. Yenidən magistralın çəkilməsi çoxlu söküntü və köçürülmə işlərinin icrasını tələb edir, bu da kifayət qədər xərc və vaxt aparır”.

Natəvan Bayramova Bakı Dairəvi Dəmir Yol xəttində qiymətlərlə bağlı isə bunları bildirib: “Stansiyalar istismara verilməzdən əvvəl “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən müəyyənləşdirilərək elan olunacaq. Təbii ki, indiki mövcud tariflər çərçivəsində”.

Qeyd edək ki, bu ilin yanvar-avqust ayları ərzində həm elektrik, həm də sərnişin qatarları ilə daxili daşımalarda təqribən 2 milyon sərnişin daşınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA