cemiyyet.info
cemiyyet.info

Daha iki nəfər qarayaraya yoluxdu – Nazirlik

9-09-2019, 16:12 8 dəfə baxılıb

Daha iki nəfər qarayaraya yoluxdu – Nazirlik

Sabirabadda daha 2 nəfər qarayaraya yoluxub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, 34 və 26 yaşlarında olan 2 nəfər Sabirabad rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Nazirlik həkimlərin onlara qarayara diaqnozu qoyduğunu bildirib:

“Hazırda infeksion şöbədə müalicə alırlar. Xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb. Artıq araşdırmalara başlanılıb”.

Qeyd edək ki, iyulun 25-də də Sabirabadda iki nəfər qarayaraya yoluxmuşdu. Onlardan biri iyulun 29-da dünyasını dəyişmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA